Rəşad Məmmədov Türkiyənin Bakıdakı yeni səfiri ilə ikitərəfli əlaqələri müzakirə edib

0

Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov Türkiyənin Bakıya yeni təyin olunmuş səfiri Birol Akgünlə görüşüb.

R. Məmmədov bu barədə “X” hesabında paylaşım edib.

Səfir qeyd edib ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti barədə danışıqlar aparılıb:

“Görüş zamanı Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti haqqında danışdıq və onların inkişafı üçün atılacaq addımlar barədə fikir mübadiləsi apardıq. Əminəm ki, biz qardaş ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi üçün hörmətli həmkarımla sıx əməkdaşlıqda əlimizdən gələni edəcəyik”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QƏZZADA MƏKTƏBLƏRİN 88 %-İ DÖYÜŞLƏR ZAMANI ZİYAN ÇƏKİB

Qəzza zolağında 660 min uşaq təhsildən məhrumdur, çünki Fələstin anklavındakı məktəblərin 88 %-i ziyan çəkib. "Report"un xəbərinə görə, bu barədə...

Bağla