RAMİN MƏMMƏDOV AMİN KÖNÜLLÜLƏRİ İLƏ GÖRÜŞÜB

0

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycan İlahiyyat İnstitutunda AMİN könüllüləri ilə görüşüb.

Bu barədə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, görüşdə Komitə sədri ölkədə gənclərin inkişafı, onların ictimai fəallığının artırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, könüllülük hərəkatının müxtəlif sahələrdə – xüsusilə ictimai və sosial istiqamətdə yaratdığı müsbət nəticələrə toxunub.

AMİN könüllülərinin ötən müddət ərzində iştirak etdikləri layihələr və təcrübə proqramları haqqında fikirlərini bölüşən R.Məmmədov gənclərin təşəbbüskarlıq və fəallığının təqdirəlayiq olduğunu bildirib. Vurğulayıb ki, könüllülük prosesi gənclərin şəxsi və peşəkar inkişafına mühüm töhfə verməklə yanaşı, faydalı vətəndaş kimi formalaşmasına da şərait yaradır.

Görüş zamanı AMİN könüllüləri əldə etdikləri təcrübə haqqında məlumat verərək, müxtəlif layihələrlə bağlı təkliflərini səsləndiriblər.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏNİN MÜDAFİƏ NAZİRİ: KRIMIN İŞĞALINI TANIMIRIQ

2014-cü ildən Türkiyə Rusiyanın Ukrayna Krımını qanunsuz işğalını tanımır. "Report" xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Yaşar Gülər ​​BMT-nin...

Bağla