RAYONLARDA HAVA DƏYİŞƏCƏK, LEYSAN XARAKTERLİ YAĞIŞ YAĞACAQ

0

Azərbaycanın rayonlarında aprelin 5-i günün ikinci yarısından 6-sı səhərədək hava şəraitinin qısa müddətə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə sulu qara keçəcəyi ehtimal olunur.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“Azərbaycanla “Qarabağ” yatağından qaz tədarükü üzrə yeni saziş üzərində işləyirik”

Türkiyə Azərbaycanla “Qarabağ” neft-qaz yatağından qaz tədarükü ilə bağlı yeni saziş üzərində işləyir. “Report” "S&P Global" beynəlxalq reytinq agentliyinə istinadən...

Bağla