Din təhsili mənəvi dəyərlərə uyğun, müasir çağırışlara cavab verən şəkildə qurulmalıdır.
“Report” xəbər verir ki, bunu Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov Bakıda keçirilən “Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” beynəlxalq simpoziumda jurnalistlere açıqlaması zamanı deyib.
O qeyd edib ki, simpoziuma 15 ölkədən 70-ə yaxın alim qatılıb:
“Azərbaycanda din təhsili həm İslam, həm də dünya üçün vacib modeldir. Biz bunu dünyaya tanıtmaq, din təhsili modelimizi təbliğ etmək niyyətindəyik”.