xBu gün ölkə üzrə 40-a yaxın məntəqədə qanvermə aksiyasının keçirilməsi nəzərdə tutulub.
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov İlahiyyat İnstitutunda təşkil olunan qanvermə aksiyasında jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, səhər saatlarından aksiyaya maraq böyükdür:
“Ümumiyyətlə, Aşura günü qanvermə aksiyasının keçirilməsi Azərbaycanda ənənə halını alıb”.
Sədr müavini onu da qeyd edib ki, bu il ilk dəfə işğaldan azad edilmiş ərazilərdə qanvermə aksiyası təşkil olunur:
“Şuşa və Ağdam məscidlərinin də siyahıya əlavə olunması həm qürurverici haldır, həm də simvolik məna daşıyır”
Gündüz İsmayılov ildən-ilə aksiyaya qoşulanların sayında artım hiss olunduğunu da vurğulayıb.