15 İyul – Demokratiya və Milli Birlik Günü Türkiyənin tarixində çox önəmli dönüş nöqtəsi idi.
Bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Bakıda “15 İyul – Demokratiya və Milli Birlik Günü”nün 9 illiyi münasibətilə keçirilən anım tədbirində deyib.
Onun sözlərinə görə, bu xain hücumun dəf edilməsində ən böyük pay dövləti və milləti üçün canını qurban verməyə hazır olan Türkiyə xalqıdır:
“Zəfərin adı Türkiyədir. Can Azərbaycanın güclü dəstəyini də xatırlatmaq istəyirəm”.