Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə sentyabrın 10-da (bu gün) Qırğızıstan Respublikasına səfərə yola düşüb.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidməti məlumat yayıb.
QMİ sədri A.Paşazadə 11 sentyabrda Bişkek şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə rəhbərləri Şurasının növbəti toplantısında iştirak və çıxış edəcəkdir.
TDT MDİRŞ-in Əsasnaməsi Şuşa şəhərində imzalanıb, Birgə Bəyanat qəbul olunub. İstanbul, Bakı, Şuşa, Türküstan, Daşkənd, Astana toplantılarının ardınca Bişkekdə baş tutacaq VI iclasda “İslamda ümmətin vəhdəti” adlı sənədin qəbulu nəzərdə tutulub. Görüş iştirakçılarının Qırğızıstanın ali rəhbərliyi tərəfindən qəbulu və geniş mədəni proqram planlaşdırılır.
Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə rəhbərləri Şurasının növbəti iclası Azərbaycanda keçiriləcəkdir.