ŞİMALİ KİPR PREZİDENTİ AZƏRBAYCANA SƏFƏRƏ GƏLİB

0

Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar iyulun 2-də Azərbaycana səfərə gəlib.

Qonağı Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifov, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün və Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer qarşılayıblar.

Onun iyulun 3-4-də Xankəndidə keçirilməsi planlaşdırılan İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin XVII Zirvə görüşündə müşahidəçi ölkənin dövlət başçısı kimi iştirakı nəzərdə tutulub.

Eyni zamanda E.Tatarın səfər çərçivəsində bir sıra tədbirlərə qatılacağı gözlənilir.

Bundan başqa, Şimali Kipr Prezidentinə Azərbaycan Texniki Universitetinin (AzTU) fəxri doktoru adının verilməsi nəzərdə tutulub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCAN POLİSİ 107 YAŞINDA

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir. Bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəbəkə hesablarında paylaşım edilib. Qeyd...

Bağla