Suriya prezidenti İsraillə təhlükəsizlik razılaşmasına doğru irəliləyiş olduğunu bildirib

0

Suriya və İsrail nümayəndə heyətləri təhlükəsizlik tədbirləri ilə bağlı ikitərəfli sazişin hazırlanması üzrə danışıqlarda irəliləyiş əldə ediblər.

“Report” xəbər verir ki, bunu Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa Dəməşqdə ərəb mediasının nümayəndələri ilə görüşündə deyib.

Onun sözlərinə görə, müzakirə olunan razılaşma İsrail və Suriya qüvvələri arasında 1974-cü ildə Qolan təpələrindəki ayırma xəttinə qayıtmağa əsaslanacaq.

O, həmçinin Yaxın Şərq ölkələri arasında iqtisadi inteqrasiyanın vacibliyini qeyd edərək, Suriya və regionun maraqlarına cavab verən istənilən qərarı qəbul etməkdən və ya hər hansı razılaşmanı təsdiqləməkdən çəkinməyəcəyini vurğulayıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BMT QƏZZADAKI VƏZİYYƏTİ FƏLAKƏTLİ ADLANDIRIB

BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Sindi Makkeyn Qəzza zolağında ərzaqla bağlı vəziyyəti fəlakətli adlandırıb. “Report” xəbər verir ki, bu...

Bağla