SURİYADA SABİTLİYİ POZMAQ İSTƏYƏN ÖZ QARŞISINDA TÜRKİYƏNİ GÖRƏCƏK

0

Suriyada sabitliyi pozmaq istəyən öz qarşısında Türkiyəni görəcək.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin iclasından sonra çıxışında deyib.

O bildirib ki, artıq Suriyada yeni mərhələ başlayıb: “Türkiyə Suriyanın parçalanmasına imkan verməyəcək”.

Ərdoğan, həmçinin qeyd edib ki, Türkiyə IV Antalya Diplomatiya Forumunda Suriya və Qəzza başda olmaqla regional məsələlərlə bağlı konkret mövqe ortaya qoyub:

“Fələstin xalqının yanında olduğumuzu bütün dünyaya bəyan etdik. Suriyadakı mənafeyimizin qorunması ilə bağlı tərəddüd etməyəcəyimizi təkrar etdik. Rusiya-Ukrayna müharibəsinin ən qısa zamanda başa çatması üçün əlimizdən gələni edəcəyimizi diqqətə çatdırdıq”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
XINALIĞA 20 SM QAR YAĞIB, DAĞLIQ RAYONLARDA ŞAXTA OLUB

Aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq ölkənin əksər rayonlarında hava şəraiti yağıntılı keçir, yağıntılar bəzi yerlərdə intensiv leysan xarakterlidir. Bu...

Bağla