ŞUŞADA BİRİNCİ İSLAM DÜNYASI MƏDƏNİYYƏT FORUMU KEÇİRİLİB

0

Şuşada keçirilən I İslam Dünyası Mədəniyyət Forumu başa çatıb.

“Report”un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, “Münaqişədən sonrakı dövrdə mədəni irsin qorunması və canlandırılması” mövzusunda keçirilən forumda Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov, Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov, mədəniyyət nazirinin müavinləri Fərid Cəfərov, Səadət Yusifova və digər rəsmilər, media mənsubları iştirak ediblər.

Tədbir çərçivəsində “Beynəlxalq mühafizə mexanizmləri təcrübədə: İslam dünyasında postmünaqişə irsinin öyrənilməsi” və “Mədəni irsin dirçəldilməsi: mədəni irsin qorunmasında texnoloji innovasiyalar və rəqəmsallaşma” mövzusunda panel sessiyalar keçirilib.

Sessiyalarda çıxışçılar mədəni irsin qorunması, bərpası və digər lazımi proseslər barədə ətraflı fikir mübadiləsi aparıblar.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa-yenidənqurma prosesi barədə geniş söz açılaraq bunun nümunəsində mədəni irsə qayğı və diqqətin artırılmasına diqqət çəkilib.

Qeyd edək ki, forum Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ICESCO və Azərbaycan Prezidentinin Şuşa Rayonunda Xüsusi Nümayəndəliyinin tərəfdaşlığı ilə baş tutub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
YAĞINTILAR KƏSİLİB, KÜLƏK ZƏİFLƏYİB

Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində yağan leysan xarakterli yağış səhər saat 6:00-dan etibarən kəsilib. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata...

Bağla