xTürkiyə ilə Azərbaycan arasında dostluğun, qardaşlığın qiyamətə qədər davam etməsini arzulayırıq.
Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş 15 iyun- Milli Qurtuluş Günü münasibətilə özünün “X” hesabındakı Azərbaycana təbrikində yazıb.
“Can Azərbaycanın 15 iyun- Milli Qurtuluş Günü mübarək olsun. Azərbaycan qardaşlarımıza bu gün vəsiləsi ilə salamlarımızı çatdırıram”, – o bildirib.