TBMM SƏDRİ: FƏLƏSTİN MƏSƏLƏSİ TÜRK MİLLƏTİ ÜÇÜN MİLLİ MƏSƏLƏDİR

0

Fələstində yaşanan zülmü sonlandırmaq boynumuzun borcudur.

“Report” Türkiyə Böyük Millət Məclisinin (TBMM) saytına istinadən xəbər verir ki, bunu TBMM sədri Numan Kurtulmuş “Zəfər həftəsi” çərçivəsində Afyonkarahisar şəhərində təşkil olunan tədbirdə çıxışı zamanı deyib.

TBMM sədri türk millətinin sadəcə özünü düşünən bir millət olmadığını, buna görə də Fələstində yaşananlara səs çıxardığını qeyd edib.

“Bu zülmü sonlandırmaq milətimizin boynunun borcudur. Bəziləri deyir ki, Fələstinin, Qəzzanın bizə nə dəxli var. Çox açıq deyirəm: Fələstin məsələsi türk milləti üçün milli məsələdir”, – N.Kurtulmuş vurğulayıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Yalçın Rəfiyev Ciddədə İƏT-in növbədənkənar iclasında Azərbaycanı təmsil edir

Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Ciddədə (Səudiyyə Ərəbistanı) İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasında Azərbaycanı...

Bağla