TDT-nin ailə və sosial siyasətdən məsul nazirlərinin üçüncü iclası Qazaxıstanda keçiriləcək

0

Türk Dövlətləri Təşkilatının (TDT) ailə və sosial siyasətdən məsul nazir və digər qurum rəhbərlərinin üçüncü iclası Qazaxıstanda keçiriləcək.

Bunu “Report”a açıqlamasında TDT Baş katibinin Türkiyədən olan müavini Ömer Kocaman deyib.

O bildirib ki, Qazaxıstandakı iclas 2026-cı il üçün nəzərdə tutulub.

Qeyd edək ki, TDT-nin ailə və sosial siyasətdən məsul nazir və digər qurum rəhbərlərinin ikinci iclası sabah Bakıda keçiriləcək. Birinci iclas isə 2024-cü ilin may ayında Türkiyədə baş tutub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
HƏZRƏT MUHƏMMƏDİN (s.ə.s) CƏMİYYƏTDƏKİ ÜÇ ROLU

Həzrət Muhəmməd (s.ə.v.) insanlıq tarixində böyük uğurlara imza atmış bir liderdir. Ancaq İslam cəmiyyəti təəssüf ki, Həzrət Muhəmmədin (s.ə.v.) əsasən...

Bağla