TDT yaxın regionlarda baş verən müharibələrlə bağlı mövqe nümayiş etdirməlidir

0

Türk Dövlətləri Təşkilatının yaxın regionlarda baş verən müharibə və gərginliklərlə bağlı mövqe nümayiş etdirməsi önəmlidir.

Report xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündəki çıxışında deyib.

Türkiyə lideri TDT-ni özünə qapanan bir qurum kimi görmədiyini vurğulayıb:

“Digər təşkilatlarla əməkdaşlıq çərçivəsində öz baxış bucağımızı ortaya qoymalıyıq. TDT-nin son Zirvə toplantılarında da dediyim kimi, təhlükəsizliyə yönələn əməkdaşlıq başda olmaqla, bütün istiqamətlərdə işbirliyinə töhfə verməyə hazırıq. TDT Müdafiə Sənayesi qurumlarının iyul ayında keçirilən toplantısını bu istiqamətdə mühüm addım hesab edirəm.

Bu gün yaxın regionlarda baş verən bir çox müharibə və gərginliklə bağlı TDT-nin mövqe nümayiş etdirməsi vacibdir. Biz Qəzzada ikidövlətli həll yolunun ədalətli olacağına inanırıq. Bu, regionumuzda təhlükəsizliyin təmin edilməsi üçün zəruridir. Həmçinin Suriyada əldə olunan irəliləyiş də gələcəyə ümidlə baxmağa əsas verir”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Qəbələdə TDT Dövlət Başçıları Şurasının Zirvə Görüşündə Prezident İlham Əliyev çıxış edib

Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib....

Bağla