“TECHNOFEST”İN DİGƏR AVROPA ÖLKƏLƏRİNDƏ KEÇİRİLMƏSİNİ İSTƏRDİK

0

“Technofest” Aviasiya, Kosmonavtika və Texnologiya Festivalı zamanı gəlincə Avropa dövlətlərində də keçiriləcək.

Bunu “Report”un Şimali Kiprə ezam olunmuş müxbirinə açıqlamasında “Technofest”in İdarə Heyətinin sədri, “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar deyib.

“Technofest”in digər Avropa ölkələrində keçirilməsini istərdik. Biz Avropada, o cümlədən Almaniyada yaşayan qardaşlarımız üçün “Technofest”in təşkil olunmasını istəyirik. Dost və qardaş ölkələrdə bu festivalı keçiririk. Zamanı gəlincə “Technofest” Avropa dövlətlərində də keçiriləcək”, – o vurğulayıb.

Qeyd edək ki, Şimali Kiprin paytaxtı Lefkoşada təşkil olunan sayca 11-ci “Technofest” mayın 4-nə qədər davam edəcək. Festivalı yerli Prezident Administrasiyası, Türkiyənin Sənaye və Texnologiya Nazirliyi və Türkiyənin Texnologiya Komandası Vəqfi (T3 Foundation) dəstəkləyir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycan səfiri Türkiyənin XİN başçısının müavini ilə regional gündəmi müzakirə edib

Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov Türkiyənin xarici işlər nazirinin müavini Levent Gümrükçü ilə regional gündəmi müzakirə edib. Bu barədə Azərbaycanın...

Bağla