TERRORSUZ TÜRKİYƏ KOMİSSİYASININ İLK İCLASI BU GÜN KEÇİRİLƏCƏK

0

Türkiyə Böyük Millət Məclisinin (TBMM) tərkibində yaradılmış Terrorsuz Türkiyə Komissiyasının ilk iclası bu gün keçiriləcək.

“Report”un “Anadolu”ya istinadən məlumatına görə, 11 siyasi partiyanın 51 nümayəndəsinin qatılacağı komissiyanın ilk iclasına TBMM sədri Numan Kurtulmuş rəhbərlik edəcək.

Bildirilir ki, ilk iclasda komissiyanın iş qaydası və prinsipləri müəyyənləşdiriləcək.

Xatırladaq ki, Terrorsuz Türkiyə Komissiyası PKK terror təşkilatının özünü ləğv etməsi və silahları təhvil verməsindən sonra yeni reallığın hüquq müstəvisində təsbit edilməsi məqsədilə qurulub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
KİV: İSRAİL QƏZZANI TAMAMİLƏ İŞĞAL ETMƏYƏ HAZIRLAŞIR

İsrail hökuməti Qəzza zolağının tam işğalı planlarını təsdiqləməyə hazırlaşır. "Report"un xəbərinə görə, bu barədə "Ynet" portalına Netanyahunun komandasında təmsil olunan...

Bağla