Türk dövlətləri arasında qarşılıqlı ticarət dövriyyəsi cəmi 70 milyard dollardır

0

Türk dövlətlərinin ümumilikdə 1 trilyon dollardan çox ticarət dövriyyəsi olduğu halda, öz aralarındakı dövriyyə cəmi 70 milyard dollardır.

“Report” xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının sədri Binali Yıldırım qurumun Bakıda keçirilən 18-ci iclaslndan sonra jurnalistlərə açıqlaması zamanı deyib.

Onun sözlərinə görə, bunun səbəbi türk dövlətlərinin öz aralarında yox, daha çox üçüncü ölkələrlə ticarətə üstünlük vermələridir:

“Bu mənada, ehtiyaclarımızı əvvəlcə öz aramızda həll etməyimiz zəruridir. Türk dövlətlərinin ticarət baxımından olduqca böyük potensialı var. Bizim qayəmiz bu birliyi daha da gücləndirmək və inkişaf etdirməkdir”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Bakıda Zəfər Günü ilə bağlı məhdudiyyət olacaq küçə və prospektlərin siyahısı açıqlanıb

Bakıda 8 noyabr - Zəfər Günü ilə bağlı keçiriləcək tədbirə hazırlıq məqsədilə noyabrın 5-6-da səhər saat 10:00-dan 16:00-dək məhdudiyyət tətbiq...

Bağla