Türk dövlətlərində mənəvi dəyərləri qorumaq üçün “yol xəritəsi” hazırlanmalıdır.
“Report” xəbər verir ki, bunu TDT baş katibinin müavini Ömer Kocaman Bakıda iyunun 11-də keçirilən Türk Dövlətləri Təşkilatının ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclası çərçivəsində keçirilən “Güclü ailələr, güclü toplumlar: TDT ölkələrində ailəni dəstəkləyici siyasətlər” adlı tədbirdə deyib.
Onun sözlərinə görə, TDT-yə üzv ölkələrdə 170 milyondan artıq əhali var və onların da 40 faizini gənclər təşkil edir:
“Bu baxımdan, mənəvi dəyərlərimizi qorumaq, müasir dövrlə ayaqlaşmaq üçün “yol xəritəsi”nin hazırlanması vacibdir. Türk toplumları arasında birliyin, bərabərliyin, ailə qurumlarının daha da güclənməsi üçün işləri davam etdirəcəyik”.