Türkiyə Azərbaycan-Ermənistan müzakirələrində müsbət tendensiyanın sülh sazişi ilə nəticələnəcəyini gözləyir

0

Türkiyə Təhlükəsizlik Şurası (TŞ) Azərbaycanla Ermənistan arasında müzakirələrdə müsbət tendensiyanın sülh sazişi ilə nəticələnəcəyini gözləyir.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasının nəticəsi ilə bağlı açıqlamada qeyd olunub.

İclasda həmçinin Azərbaycan-Ermənistan müzakirələrində əldə olunan müsbət tendensiyanın sülh sazişi ilə nəticələnməsinə istək də xüsusi vurğulanıb.

Toplantıda qeyd olunub ki, Cənubi Qafqazdakı mümkün sülh bütün aktorların xeyrinə olacaq.

Bundan başqa, iclasda Şərqi Avropa və Yaxın Şərqdəki durum da müzakirə olunub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCAN İSTANBUL İQTİSADİYYAT SAMMİTİNDƏ İŞTİRAK EDİR

Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə iki gün davam edəcək “Süni zəka və iqtisadiyyat”...

Bağla