TÜRKİYƏ-AZƏRBAYCAN IV ENERJİ FORUMUNUN TARİXİ AÇIQLANIB

0

Türkiyənin İzmir şəhərində keçirilməsi nəzərdə tutulan Türkiyə-Azərbaycan IV Enerji Forumu sentyabrın 4-də baş tutacaq.

Bu barədə “Report”a energetika nazirinin müşaviri Zəminə Əliyeva məlumat verib.

Onun sözlərinə görə, tədbirin nazir Pərviz Şahbazovla Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın həmsədrliyi ilə keçiriləcəyi gözlənilir.

Türkiyəyə səfər çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Əliağa terminalında yerləşən zavodlarına da baş çəkilməsi nəzərdə tutulub.

Türkiyə-Azərbaycan Enerji Forumu iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində strateji enerji əməkdaşlığının daha çevik və nəticəyönümlü olmasını təmin etmək məqsədilə təsis edilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
HAVA 35 DƏRƏCƏ İSTİ OLACAQ

Azərbaycanda sentyabrın 2-də 35 dərəcə isti gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında havanın əsasən...

Bağla