TÜRKİYƏ “BAYRAKTAR TB2”NİN İSTEHSALINI 2,5 DƏFƏ ARTIRACAQ

0

Türkiyənin “Bayraktar TB2” pilotsuz uçuş aparatının (PUA) istehsalçısı “Baykar Makina” dronların istehsalını iki dəfədən çox artırmaq niyyətindədir.

Bu barədə “Anadolu” agentliyinə şirkətin baş direktoru Haluk Bayraktar bildirib.

Onun sözlərinə görə, bu gün “Bayraktar TB2” istehsalı üzrə müəssisənin gücü ildə 200 ədəddir.

“Gələn ilə qədər bu rəqəmi 500 ədəd “Bayraktar TB2” və 40 ədəd “Bayraktar Akıncı”ya çatdırmağı planlaşdırırıq. İstehsala investisiyalar dayanmır. Biz təkcə Türkiyənin ehtiyaclarını deyil, xaricdən artan tələbatı da nəzərə alırıq”, – o deyib.

H.Bayraktar qeyd edib ki, “Bayraktar TB2” hücum dronlarını idxal edən ölkələrin sayı 24-ə çatıb, ixrac gəlirlərinin ümumi gəlir səbətində payı 98 faizdir.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyə XİN başçısının müavini: “Hər zaman qardaş Azərbaycanın yanındayıq”

“Hər zaman qardaş Azərbaycanın yanındayıq”. Bunu Türkiyə XİN başçısının müavini Yavuz Selim Kıran Azərbaycanın ölkədəki səfiri Rəşad Məmmədovla görüşündə deyib....

Bağla