Türkiyə Ermənistana münasibətlərin normallaşmasına dəstəklə bağlı çağırış edib

0

Türkiyə Ermənistana ikitərəfli münasibətlərin normallaşmasına dəstəklə bağlı çağırış edib.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, radikal qruplaşmaların gərginlik yaratmaq səylərinə şərait yaradılmamalıdır.

Bildirilib ki, Türkiyə 1915-ci il hadisələri ilə bağlı həqiqətə və beynəlxalq hüquqazidd açıqlamaları rədd edir: “Belə bəyanatların heç bir əsası yoxdur”.

Vurğulanıb ki, Türkiyə beynəlxalq aləmdə və regionda daim sülh, sabitlik və dialoq mühitinin təmin olunmasını müdafiə edib: “Ölkəmiz bu məqsədlə 1915-ci il hadisələrinin obyektiv şəkildə araşdırılması üçün arxivlərini açıb”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏNİN İLK ASTRONAVTI: KOSMİK LİMAN LAYİHƏSİ ÜZƏRİNDƏ İŞ GEDİR

Türkiyədə kosmik liman layihəsi üzərində iş gedir. Bunu Bakıda səfərdə olan Türkiyənin ilk astronavtı Alper Gezeravcı bildirib. "Kosmosla bağlı hədəflərimizə...

Bağla