Türkiyə Milli Olimpiya Komitəsi Azərbaycan MOK-la əməkdaşlığın gələcəkdə daha da möhkəmlənəcəyinə inanır.
“Report”un məlumatına görə, bu barədə qardaş ölkənin Milli Olimpiya Komitəsinin Korporativ Kommunikasiyalar direktoru Volkan Ömer açıqlama verib.
O, “Bakı-2015 – Süni İntellekt və İdmanda İnnovasiya” müsabiqəsinin mükafatlandırma mərasimində çıxış edib:
“İnnovasiyanın idman meydanlarında getdikcə sürətlə irəlilədiyi bir dövrdə bu cür təşəbbüslər gənclərin gələcəyə hazırlanması baxımından çox önəmli bir addımdır. Türkiyə Milli Olimpiya Komitəsi olaraq, Azərbaycandakı qardaş təşkilatımızla hər zaman yan-yana olmaqdan qürur duyuruq və uzun illərə dayanan bu güclü əməkdaşlığın gələcəkdə daha da möhkəmlənəcəyinə inanırıq”.



