Türkiyə MMU-nun nümayəndə heyəti Quru Qoşunları Komandanlığında olub

0

Türkiyə Milli Müdafiə Universitetinin (MMU) rektor müavini professor Serdar Salmanın rəhbərliyi ilə qardaş ölkənin MMU Quru Qoşunları Hərbi İnstitutunun rəhbər heyəti və “Qərargahın idarə olunması kursu”nun dinləyicilərinin Azərbaycana səfəri davam edir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində Quru Qoşunları komandanının müavini general-mayor İlqar Lətifov professor Serdar Salmanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə hər iki dost və qardaş ölkənin hərbi qulluqçularının peşəkarlıqlarının artırılmasında hərbi təhsilin önəmi, eləcə də təcrübə mübadiləsi məqsədilə keçirilən birgə təlimlərin vacibliyi xüsusi vurğulanıb, maraq doğuran bir sıra digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Sonra Quru Qoşunlarının Döyüşü İdarəetmə Mərkəzinə gələn nümayəndə heyətinə mərkəzlə bağlı zəruri məlumatlar verilib.

Türkiyəli qonaqlara Quru Qoşunlarımızın yaranma tarixi, əsas fəaliyyət istiqamətləri, keçdiyi inkişaf yolu və qazandığı uğurlar haqqında brifinq təqdim olunub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
KƏBƏNİN ÖRTÜYÜ DƏYİŞDİRİLİB

Səudiyyə Ərəbistanı hicri 1447-ci ilin əvvəlində Kəbənin örtüyünü yenilədi. Səudiyyə Ərəbistanında Məscidül-Həram və Məscidi-Nəbəvi İşləri üzrə Baş İdarədən verilən açıqlamada,...

Bağla