Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

0

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib.

“Report” xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında yazılıb.

“Sən bizimsən, bizimsən durduqca bədəndə can,

Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!

Azərbaycan türkü qardaşlarımızı 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə təbrik edirik”,-məlumatda qeyd olunub.

Bildirilib ki, Türkiyə “Bir millət, iki dövlət” anlayışı ilə hər zaman Azərbaycanla bir və bərabər olmağa davam edəcək.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyə səfirliyi Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycanı təbrik edib

Türkiyənin Azərbaycandakı Səfirliyi 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycanı təbrik edirik. "Report" xəbər verir ki, bu barədə səfirliyin...

Bağla