Türkiyə Müdafiə Nazirliyi İkinci Qarabağ müharibəsi şəhidlərini yad edib

0

Türkiyə Milli Müdafiə Nazirliyi İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsini yad edib.

“Report” xəbər verir ki, bu barədə nazirliyin mətbuat katibi Zeki Aktürk bu gün keçirilən brifinqdə bildirib.

“Qəhrəman Azərbaycan Ordusunun işğal altındakı torpaqlarını azad etmək məqsədilə başladığı və 44 gün davam edən Vətən müharibəsinin beşinci ildönümü, 27 Sentyabr – Anım Günü ilə bağlı Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda edən əziz şəhidlərimizi rəhmət və minnətlə yad edirik. Qəhrəman qazilərimizə təşəkkür edirik”, – deyə o vurğulayıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
SABAH YAĞIŞ YAĞACAQ, GÜCLÜ KÜLƏK ƏSƏCƏK

Azərbaycanın bəzi rayonlarda sentyabrın 26-da yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron...

Bağla