TÜRKİYƏ QƏZZA İLƏ BAĞLI BEYNƏLXALQ İCTİMAİYYƏTƏ ÇAĞIRIŞ EDİB

0

Türkiyə İsrail nazirlərinin polis müşayiəti ilə Məscidül-Əqsaya basqın etməsini sərt şəkildə qınayıb.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, bu cür təxribatlar Qüdsün müqəddəs statusunu və Məscidül-Əqsanın toxunulmazlığını hədəfə alır, həmçinin iki dövlətli həllə və bölgədə sülhə ciddi zərbə vurur.

Rəsmi Ankara İsrailin işğalçı və sabitliyi pozan siyasətlərinə qarşı beynəlxalq ictimaiyyəti sükuta son verməyə, dərhal atəşkəsin təmin olunmasına və iki dövlətli həllə yönələn sülh prosesini dəstəkləməyə çağırıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracına start verilib

Bu gün Türkiyənin Kilis şəhərinin Yavuzlu kəndində Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya nəqlini təmin edəcək Türkiyə-Suriya təbii qaz boru kəmərinin...

Bağla