Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 18 oktyabr – Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib.
“Report” xəbər verir ki, nazirlik bu barədə “X” sosial media hesabında paylaşım edib.
“Müttəfiqimiz, qardaş Azərbaycanın Müstəqilliyinin Bərpasının 34-cü ildönümü mübarək olsun!” – paylaşımda qeyd olunub.