Türkiyə XİN başçısının müavini ikitərəfli münasibətləri müzakirə edib

0

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda səfərdə olan Türkiyənin xarici işlər nazirinin müavini Ayşe Berris Ekinci ilə görüşüb.

“Report”un məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində paylaşım edib.

Bununla yanaşı, türkiyəli diplomat Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfovla da görüşüb.

Görüşlər zamanı ikitərəfli münasibətlər, regional əməkdaşlıq və əlaqələrin inkişafı məsələləri müzakirə olunub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İSRAİL QƏZZAYA HAVA ZƏRBƏLƏRİ ENDİRİB

İsrailin Hərbi Hava Qüvvələri Qəzza şəhərinin bir sıra ərazilərinə hava zərbələri endirib. "Report"un məlumatına görə, bu barədə "Al Jazeera" telekanalı...

Bağla