Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

0

srail parlamentinin (Knesset) İordan çayının Qərb sahilinin ilhaqına yönəlmiş addımı beynəlxalq hüquqa ziddir və hüquqi qüvvəyə malik deyil.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda vurğulanıb.

Rəsmi Ankara Qəzzada sülhün bərqərar olunmasına dair səylərin davam etdiyi bir dövrdə belə bir addımın atılmasını təxribat kimi dəyərləndirib.

“İordan çayının Qərb sahili Fələstin torpağıdır. Bu ərazidə İsrailin qanunsuz fakt yaratma cəhdlərinə yol verilməməlidir”, – bəyanatda qeyd olunub.

Xatırladaq ki, Knesset ölkə qanunvericiliyinin İordan çayının Qərb sahilinə şamil edilməsi haqqında qanun layihəsini birinci oxunuşda təsdiqləyib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Knesset İordan çayının Qərb sahilinin ilhaqı ilə bağlı layihəni ilk oxunuşda qəbul edib

İsrail parlamenti (Knesset) ölkə qanunvericiliyinin İordan çayının Qərb sahilinə şamil edilməsi haqqında qanun layihəsini birinci oxunuşda təsdiqləyib. "Report" xəbər verir ki,...

Bağla