TÜRKİYƏ ZƏNGƏZUR DƏHLİZİ İLƏ BAĞLI MƏSƏLƏYƏ TÖHFƏ VERMƏYƏ ÇALIŞIR

0

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı məsələyə töhfə verməyə çalışır.

“Report” Türkiyənin “Akşam” qəzetinə istinadən xəbər verir ki, bunu ölkənin nəqliyyat və infrastuktur naziri Abdulkadir Uraloğlu deyib.

O bildirib ki, Azərbaycan və Ermənistan bu məsələ ətrafında lazımi müzakirələri davam etdirir: “Güman edirəm ki, bu məsələ çox uzun çəkmədən həllini tapacaq. Beləliklə,Türk dünyasına daha qısa yol açılacaq”.

Nazir söyləyib ki, nəqliyyat dəhlizləri Türkiyə üçün vacibdir: “Azərbaycan həm quru, həm də dəmiryolu ilə bağlı işlərini davam etdirir. Biz də Qars-Iğdır-Naxçıvan xətti ilə bağlı işlərə bu il başlayırıq”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Kanada Fələstin dövlətinin BMT-də tanınmasına nail olmaq niyyətindədir

Ottava Fələstin dövlətinin BMT-də tanınmasına nail olmaq niyyətindədir. “Report” xəbər verir ki, bu barədə Kanada hökumətinin başçısı Mark Karni məlumat...

Bağla