TÜRKİYƏDƏ AZƏRBAYCANIN MÜSTƏQİLLİK GÜNÜ QEYD OLUNUB

0

Ankarada, Türkiyə Prezident Adminstrasiyasında 28 May – Azərbaycanın Müstəqillik Günü qeyd olunub.

“Report”un Ankara bürosu xəbər verir ki, qəbulda hakimiyyət orqanlarının təmsilçiləri, o cümlədən Azərbaycanın bu ölkədəki səfiri Rəşad Məmmədov, Türkiyənin rəsmi şəxləri – mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, vitse-prezident Cevdet Yılmaz, milli müdafiə nazirinin müavini Şuay Alpay, Silahlı Qüvvələrin nümayəndələri, millət vəkilləri, qardaş ölkədə akkreditasiya olunan diplomatik korpusun rəhbərləri və nümayəndələri, yerli ictimaiyyətin tanınmış simaları, azərbaycanlılar iştirak ediblər.

Tədbirdə Türkiyə Prezident Rəcəb Tayyp Ərdoğanın təbrik məktubu oxunub. Ərdoğan məktubunda Azərbaycan xalqını Müstəqillik Günü münasibətlə təbrik edib və belə tədbirin Ankarada qeyd olnmasından qürur duyduğun bildirib.

Mərasimin rəsmi hissəsində ölkəmizin Türkiyədəki səfiri Rəşad Məmmədov Azərbaycanın keçdiyi azadlıq yolundan danışıb. O bildirib ki, Azərbaycan bu gün tarixində heç vaxt olmadığı qədər güclü dövrünü yaşayır. Səfir çıxışında Azərbaycan ilə Türkiyə arasında tarixən mövcud olan və bu gün də davam edən güclü qardaşlıq bağlarına toxunub

Mehmet Nuri Ersoy Azərbaycan və Türkiyənin Türk dünyasında əhəmiyyətindən bəhs edib: “Azərbaycanın müstəqillik günü qədim dövlət haqqının verilmə simvoldur”

Sonra Azərbaycanın Müstəqillik Günü ilə bağlı film nümayiş olunub

Cevdet Yılmaz deyib ki, Azərbaycan Müstəqillik Günü olan 28 May bütün türk dünyasının ortaq qürurudur: “Azərbaycan Xalq Cümhuriyyətinin qurucu lideri Məhəmməd Əmin Rəsulzadəni və Milli Şura üzvlərini minnətdarlıqla yad edirəm. Azərbaycan bayrağı hər zaman yüksəklərdə dalğalansın. Azərbaycan ilə Türkiyə arasındakı sarsılmaz qardaşlıq yan-yana dalğalanan bayraqlarımız kimi güclərə qarşı birlikdə durmağa davam edəcək”.

Tədbirin bədii hissəsində Cemi Can Deliorman, Azərin, Gülyaz Məmmədova, Azər Zeynalov, Çinar Onur Öner, TRT-nin Ankara Radiosu Çoxsəsli Xorunun dirijoru Elnarə Kərimova Azərbaycan bəstəkarlarının musiqilərindən və xalq mahnılarımızdan ibarət müxtəlif ifalar səsləndiriblər.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
RƏCƏB TAYYİB ƏRDOĞAN İLHAM ƏLİYEVİ MÜSTƏQİLLİK GÜNÜ MÜNASİBƏTİLƏ TƏBRİK EDİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, əziz Qardaşım. Can...

Bağla