TÜRKİYƏDƏ BAŞ VERƏN YANĞINDA ÖLƏNLƏRİN SAYI 79-A ÇATIB

0

Türkiyədə Kartalkaya dağ-xizək kurortunda baş verən yanğın nəticəsində ölənlərin sayı 79-a çatıb.

Bu barədə yerli prokurorluq məlumat yayıb.

“DNT testlərindən sonra yanğında ölənlərin sayı 79-a çatıb”, – kurortun yerləşdiyi Bolu vilayətinin prokurorluğundan bildirilib.

Bundan əvvəl 76 nəfərin öldüyü deyilirdi. Türkiyə Səhiyyə Nazirliyi yanğın zamanı xəsarət alan 51 nəfərdən 39-nun xəstəxanalardan evə buraxıldığını, 12 nəfərin müalicəsinin davam etdiyini açıqlayb.

Xatırladaq ki, Kartalkaya istirahət mərkəzində yanğın yanvarın 21-nə keçən gecə baş verib. Yanğın zamanı hoteldə ümumilikdə 238 qonaq olub. Türkiyədə yanvarın 22-si milli matəm günü elan edilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Ceyhun Bayramov: Azərbaycan çətin günlərdə Türkiyəyə istənilən yardıma hazırdır

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Hakan Fidana zəng vurub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən...

Bağla