TÜRKİYƏDƏ BİNA UÇUB, DAĞINTILAR ALTINDA QALANLAR VAR

0

Türkiyənin Konya vilayətində üçmərtəbəli bina uçub.

Bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, hadisə Səlçuqlu rayonunda qeydə alınıb. Hadisə yerinə xilasedicilər, polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Öz növbəsində, DHA agentliyi iki nəfərin xilas edildiyini, lakin daha bir neçə nəfərin dağıntılar altında ola biləcəyini bildirib.

Konya valisi İbrahim Akın isə vurğulayıb ki, binada 5 nəfərin olması barədə məlumatlar mövcuddur: “Digər mənzillərdə sakinlərin olub-olmaması ilə bağlı araşdırma aparılır”.

Hazırda axtarış tədbirləri davam etdirilir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Hikmət Mirzəyev Türkiyənin Quru Qoşunları komandanı ilə görüşüb

Azərbaycan müdafiə nazirinin müavini və Quru Qoşunlarının komandanı general-polkovnik Hikmət Mirzəyev Türkiyənin Quru Qoşunları komandanı general Səlcuq Bayraktaroğlu ilə görüşüb....

Bağla