Türkiyədə hərbi helikopterin qəzaya uğraması nəticəsində bir nəfəri general olmaqla 6 hərbçi şəhid olub.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Milli Müdafiə Nazirliyinə məxsus UH-1 tipli hərbi helikopter İsparta vilayətində təlim uçuşu həyata keçirərkən qəzaya uğrayıb.
Qəza nəticəsində bir nəfəri general-mayor olan 6 hərbçi dünyasını dəyişib.
Türkiyə Milli Müdafiə Nazirliyi qəza barədə açıqlama yayaraq şəhidlərə Allahdan rəhmət diləyib.