TÜRKİYƏDƏ MEŞƏ YANĞINLARI İLƏ MÜBARİZƏDƏ 10 NƏFƏR ÖLÜB

0

Türkiyənin Eskişehir vilayətində davam edən meşə yanğınlarına müdaxilə edən on işçi ölüb.

Bu barədə kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı bildirib.

Məlumata əsasən, Eskişehirdən başlayaraq Afyonkarahisar ərazisinə keçən yanğında istiqamətini qəfil dəyişən küləyin təsiri ilə 24 nəfər alovların əhatəsində qalıb. Onlardan beşi meşə işçisi, beşi isə Axtarış-Xilasetmə Dərnəyinin (AKUT) əməkdaşı olmaqla on nəfər ölüb. Hazırda digər 14 nəfərin müalicəsi xəstəxanada davam edir.

Nazir Türkiyə üzrə yeddi ocaqda yanğınla mübarizənin davam etdiyini bildirib.

Sabahdan etibarən havanın temperaturunun daha da artacağını deyən Yumaklı əhalini diqqətli olmağa çağırıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Müdafiə Nazirliyi  Baykar şirkəti ilə Logistika Dəstəyi və Satış Müqaviləsi” imzalayıb

"IDEF2025" sərgisi çərçivəsində Türkiyənin "Baykar" Müdafiə Sənayesi şirkəti ilə Azərbaycan Müdafiə Nazirliyi arasında "Logistika Dəstəyi və Satış Müqaviləsi” imzalanıb. Bu...

Bağla