TÜRKİYƏDƏ MEŞƏ YANĞINLARINDA ÜÇ KÖNÜLLÜ ÖLÜB

0

Türkiyənin Bursa, Karabük və Kahramanmaraş bölgələrində meşə yanğınlarının söndürülməsində iştirak edən üç könüllü ölüb.

“Report” xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Bildirilib ki, bu rayonlarda meşə yanğını davam edir. Yanğınla əlaqədar üç şübhəli saxlanılıb.

Məlumata görə, ötən gecə 1777 şəxsi heyət və 688 yanğınsöndürən maşın yanğını nəzarət altına almaq istiqamətində fəaliyyət göstərib. Onlara havadan da dəstək verilib.

İnformasiyaya əsasən, fəlakətlə əlaqədar 18 kəndin, 50 məhəllənin sakinləri təxliyə edilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
DSX-nin hərbi hissəsində dini radikalizmin fəsadları mövzusunda tədbir keçirilib

Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə şəhərində yerləşən hərbi hissəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) ilə birgə “Dini radikalizmin...

Bağla