TÜRKİYƏDƏ POLİS BÖLMƏSİNƏ HÜCUM OLUB – ÖLƏNLƏR VAR

0

Türkiyə İzmir vilaətinin Balçova rayonunda “Salih İşgören Polis” Bölməsinə silahlı hücum olub.

Məlumata görə, naməlum şəxs bölməyə daxil olaraq iriçaplı silahdan atəş açıb. Hadisədən sonra bölməyə təcili tibbi yardım briqadaları göndərilib.

İnsident nəticəsində iki polis əməkdaşının öldüyü, bir məmurun isə ağır yaralandığı bildirilir.

Hücumun pompalı ov tüfəngi ilə 16 yaşlı gənc tərəfindən həyata keçirildiyi iddia edilir.

Polis hücumçunu saxlayıb, ərazidə geniş təhlükəsizlik tədbirləri həyata keçirilib.

Yaralı polis məmuru Dokuz Eylül Universiteti Elmi Tədqiqat Xəstəxanasına aparılıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BƏZİ ƏRAZİLƏRDƏ LEYSAN YAĞIB, ŞİMŞƏK ÇAXIB

Ölkənin bir sıra ərazilərində arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki,...

Bağla