Türkiyənin Adana vilayətində yüngül təlim təyyarəsi qəzaya uğrayıb. Təyyarədə olan iki nəfər yaralanıb.
Bu barədə Adana valisi Yavuz Səlim Köşger məlumt verib. Məlumata görə özəl aviasiya şirkətinə məxsus “Ultra Light” sinifli təlim təyyarəsinin ötən gün axşam saat 19:20 radələrində Yüreğir rayonunun Özler məhəlləsində “Kelaynak” enmə zolağında qəzaya uğradığını açıqlayıb.
Köşger bildirib ki, qəzada pilot Burak Yürekli (39) və sərnişin Şeyda Doğan yaralanıb.
Köşger yaralıların vəziyyətinin ağır olduğunu və xəstəxanaya aparıldığını bildirib. “Qəza nəticəsində xəsarət alan iki vətəndaşa ən xoş arzularımı bildirirəm.” – vali bildirib.
Bu arada, vilayət Jandarma Komandanlığının qrupları “Kelaynak” eniş zolağı yaxınlığındakı sitrus meyvələri bağına düşən təlim təyyarəsini yoxlayıb.
Jandarma qrupları girişi bağlayaraq ərazidə təhlükəsizlik tədbirləri görüb.