TÜRKİYƏDƏ YENİ DİYANƏT İŞLƏRİ BAŞÇISI TƏYİN EDİLİB

0

Türkiyədə yeni Diyanət İşləri Başçısı təyin edilib.

Bu barədə ölkə prezidenti müvafiq sərəncam qəbul edib.

Rəsmi Qəzetdə dərc olunan Prezident Sərəncamına əsasən, İstanbul Müftisi Prof.Dr.Arpaquş 3 saylı Prezidentin sərəncamının 2,3 və 7-ci maddələrinə əsasən, Diyanət İşləri Başçılığına təyin edilib.

PROF. DR. SAFİ ARPAGUŞ KİMDİR?

1967-ci ildə Amasyanın Gümüşhacıköy rayonunda anadan olan Arpaquş 1985-ci ildə Gümüşhacıköy İmam Hatip Liseyini, 1990-cı ildə isə Mərmərə Universitetinin İlahiyyat fakültəsini bitirib.

Arpaquş 1992-ci ildə həmin fakültədə elmi işçi kimi akademik fəaliyyətə başlayıb, 1994-cü ildə magistraturanı, 2001-ci ildə isə doktoranturasını bitirib.

2008-ci ildə dosent, 2014-cü ildə isə tam professor olduqdan sonra Arpaquş 2011-2021-ci illərdə Mərmərə Universiteti İlahiyyat Fakültəsinin Dekan müavini vəzifəsində çalışıb.

Arpaquş Prezidentin 15 oktyabr 2021-ci il tarixli Sərəncamı ilə İstanbul müftisi təyin edilib, eyni zamanda fakültənin Təsəvvüf kafedrasının professoru və müdiri vəzifələrində çalışıb. Araşdırmaları İslam Təsəvvüf Tarixi anlayışları və institutlarını əhatə edən Arpaquş, Mövlana Cəlaləddin Rumi, Məsnəvi və Mövləvilik mövzularında əsərlər nəşr etdirmişdir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Tokayev: Qazaxıstan və Azərbaycan dinlərarası dialoqu təşviq etməkdə oxşar mövqeyə malikdir

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə dinlərarası dialoqla bağlı məsələləri müzakirə ediblər. Bu barədə...

Bağla