TÜRKİYƏLİ DEPUTAT AZƏRBAYCANIN ABŞ-DƏKİ SƏFİRLİYİNDƏ OLUB

0

Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini İlyas Topsakal Azərbaycanın ABŞ-dəki səfirliyində olub.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın diplomatik nümayəndəliyinin “X” hesabında paylaşım edilib.

“Dəyərli qardaşımız cənab Topsakala səmimi ziyarəti və məhsuldar müzakirə üçün təşəkkür edir, qardaş Türkiyə və türk dünyası ilə aramızdakı qardaşlıq, dostluq və həmrəyliyin hər gün daha da güclənməsini arzu edirik”, – paylaşımda vurğulanıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKPA-NIN YENİ BAŞ KATİBİ SƏLAHİYYƏTLƏRİNİN İCRASINA BAŞLAYIB

Ramil Həsən Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi kimi səlahiyyətlərinin icrasına başlayıb. "Report" xəbər verir ki, bununla bağlı TÜRKPA-nın...

Bağla