Türkiyəli nazir: Azərbaycan Prezidentinin rəhbərliyi ilə güclü gələcəyə doğru addımlayır

0

“Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü gələcəyə doğru əmin addımlarla irəliləyir”.

Bunu Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy 28 May – Azərbaycanın Müstəqillik Günü ilə bağlı “X” hesabında yazıb.

O bildirib ki, 1918-ci il mayın 28-də Azərbaycan Türk və İslam dünyasındakı ilk demokratik cümhuriyyət olaraq tarixə düşüb: “Qardaşlarımız böyük çətinliklər içində müstəqilliklərini elan edərək dünyaya nümunə olub, milli dəyərlərimiz və Türk kimliyimizin gücünü ortaya qoyub”.

Nazir qeyd edib ki, Türkiyə hər zaman Azərbaycanın yanında olmağa davam edəcək: “Bu əhəmiyyətli gündə Məhəmməd Əmin Rəsulzadə və Heydər Əliyev başda olmaqda müstəqillik uğrunda mübarizə aparan bütün qəhrəmanları hörmət və ehtiramla anırıq”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“Çətin günlərdə yanımızda olan Azərbaycanı eyni könül birliyi ilə dəstəkləyəcəyik”

2023-cü ilin 6 fevralında ölkəmizdə baş verən zəlzələdə çətin günlərdə və terrordan azad Türkiyə prosesində hər zaman yanımızda olan Azərbaycanı...

Bağla