Türkiyəli nazir Kahramanmaraşda inşa edilən “Azərbaycan Məhəlləsi”nin görüntülərini paylaşıb

0

Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum Kahramanmaraşda inşa edilən “Azərbaycan Məhəlləsi”nin görüntülərini paylaşıb.

Apa-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, o, bu paylaşımı “X” sosial şəbəkəsində edib.

Qeyd edək ki, 2023-cü ilin fevral ayında Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan hökuməti zəlzələnin baş verdiyi Kahramanmaraş vilayətində yeni yaşayış məhəlləsinin tikintisinə dəstək verib. Türkiyə hökumətinin dəstəyi ilə layihə ərazisi “Azərbaycan Məhəlləsi” adlandırılıb.

“Qardaşlığımızın simvolunu Kahramanmaraşın ürəyində yenidən ayağa qaldırdıq! Azərbaycan Bulvarı”.

https://x.com/i/status/1920160823126712728

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Pakistan səfiri: Azərbaycanın sarsılmaz dəstəyini yüksək qiymətləndiririk

Azərbaycanın sarsılmaz dəstəyini yüksək qiymətləndiririk. Bu barədə Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin “X” sosial şəbəkəsində bildirib. “Azərbaycanın Hindistanın günahsız dinc...

Bağla