TÜRKİYƏNİN MİLLİ MÜDAFİƏ NAZİRİ TERRORÇULARA XƏBƏRDARLIQ EDİB

0

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər PKK terrorçularına xəbərdarlıq edib.

O, bu barədə şəhid ailələri və qazilərlə iftar proqramında çıxışı zamanı deyib.

O xatırladıb ki, fevralın 27-də yayılan bəyanatla terror təşkilatları silahı buraxmaq və özlərini ləğv etməklə bağlı təlimat alıb: “Həmin müraciəti diqqətlə araşdırırıq. Mətndə olmayan bəzi məqamlar, o cümlədən atəşkəslə bağlı iddialar gündəmə gətirilir, ictimai rəy çaşdırmağa cəhd edilməməlidir. Bunu açıq şəkildə deyirəm: təxribata icazə verilməyəcək, təmkinli, ağıllı mövqe ortaya qoyulacaq”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ƏRDOĞAN: AZƏRBAYCAN – ERMƏNİSTAN SÜLH SAZİŞİNİN İMZALANMASINA ÇALIŞIRIQ

Cənubi Qafqazda sabitlik üçün səylərimizi davam etdiririk. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səfirlərlə iftar proqramında çıxışı zamanı deyib. O...

Bağla