ÜÇÜNCÜ CÜZÜN XÜLASƏSİ

0

Üçüncü cüzdə iman, ibadət, iqtisadi və ictimai məsələlər geniş şəkildə izah olunur. Üçüncü cüz Bəqərə surəsinin 253-cü ayəsindən başlayır və 286-cı ayə ilə sona çatır. Daha sonra Ali-İmran surəsinin 91-ci ayəsinə qədər davam edir. Bəqərə və Ali-İmran surələri birlikdə “iki parlaq nur” adlanır.

Bu cüzdəki mühüm mövzulardan biri 255-ci ayədə yer alan “Ayetəl-Kürsi”dir. 256-cı ayədə isə “Dində məcburiyyət yoxdur” ayəsi qeyd olunur. 258-ci ayədə Hz. İbrahim ilə Nemrud arasında olan mübahisə, 259-cu ayədə isə Uzeyr peyğəmbərin 100 illik ölüm yuxusuna getməsi və dirilməsi təsvir olunur. 260-cı ayədə Hz. İbrahimin ölülərin necə dirildiyini soruşması və quşlar üzərindəki təcrübə ilə bu sualına cavab alması izah olunur.

261–274-cü ayələrdə infak və sədəqənin əhəmiyyəti, Allah yolunda sərf edilən malın bərəkəti, şeytanın insanı yoxsulluqla qorxutması və həqiqi kasıbların vəziyyəti izah olunur. 275–281-ci ayələrdə isə faiz qadağan edilir və faizlə məşğul olanların Allah və Rəsuluna qarşı müharibə elan etdikləri bildirilir.

282–284-cü ayələrdə borc hüququ, şahidlik, yazılı müqavilə və ədalət prinsipləri açıqlanır. 282-ci ayə Qurani-Kərimin ən uzun ayəsidir. 285 və 286-cı ayələr “Amənərrəsul” olaraq tanınır və ‘’Merac’’ gecəsində nazil olduğu rəvayət olunur.

Ali-İmran surəsi Mədinədə nazil olmuşdur və 200 ayədən ibarətdir. Sürənin başlanğıcında Əhli-Kitabdan bəhs olunur. 7-ci ayədə “möhkəm” və “mütəşabih” ayələr anlayışı izah edilir. 19 və 85-ci ayələrdə Allah qatında yeganə qəbul olunan dinin İslam olduğu vurğulanır.

35–63-cü ayələrdə Məryəm, Zəkəriyya və İsa peyğəmbərlərin həyatından bəhs olunur. 61-ci ayədə “Mübahilə” ayəsi yer alır. 64–68-ci ayələrdə Hz. İbrahimin nə yəhudi, nə də xristian olduğu, əslində müsəlman olduğu bildirilir. 69–91-ci ayələrdə isə Əhli-Kitabın müxtəlifliyi – iman gətirən və gətirməyən qrupları haqqında məlumat verilir.

Bu cüzdə Allahın qüdrəti, Hz. İbrahim və digər peyğəmbərlərin nümunəvi həyatları, infaqın fəziləti və faizin qadağan olunması vurğulanır. Ali-İmran surəsində isə Əhli-Kitabla dialoq, İslamın haqq din olduğu və peyğəmbərlərin ailəvi hekayələri ön plana çıxır.

Rəşad Manafov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
HAVA YAĞINTILI OLACAQ

Bakıda və Abşeron yarımadasında yanvarın 28-də bəzi yerlərdə fasilələrlə havanın yağıntılı olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb....

Bağla