ÜMRƏ ZİYARƏTİNDƏ OLAN AZƏRBAYCAN VƏTƏNDAŞI MƏDİNƏDƏ VƏFAT EDİB

0

Səudiyyə Ərəbistanının Mədinə şəhərində Ümrə ziyarətində olan Azərbaycan vətəndaşı qəfil vəfat edib.

55 yaşlı zəvvar Afət Əliyeva avtobusdan düşən kimi huşunu itirib, dişlərini qıcıyıb və dili qatlanıb. Xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Sumqayıt şəhər 28 nömrəli məktəbin riyaziyyat müəllimi olan A.Əliyeva digər zəvvarların müşayiəti ilə Mədinədə Bəqi qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, sözügedən qəbiristanlıqda Məhəmməd peyğəmbərin ailə üzvləri və xəlifələr də dəfn olunublar.

sumqayıt24

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
PEYĞƏMBƏRİN (S.A.S) İDARƏÇİLİYİ

Hz. Peyğəmbər (s.a.s), Məkkədə təməlləri atılan və Mədinəyə hicrətdən sonra siyasiləşən İslam dövlətinin ilk rəhbəri idi. Paytaxtı Mədinə olan bu...

Bağla