YAĞINTILI HAVA OKTYABRIN 18-DƏK DAVAM EDƏCƏK

0

Azərbaycanın bəzi yerlərində hazırda leysan xarakterli yağış yağır.

Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Oktyabrın 17-si saat 10:00-a olan məlumata əsasən, düşən yağıntının miqdarı Astarada 15, Qubada 13, Zaqatalada 11, Şabranda 10, Oğuzda 7, Yardımlı, Lənkəran və Qusarda 5, Lerikdə 4, Xaltan, eyni zamanda Bakıda və Abşeron yarımadasında 2, Xaçmaz, Qəbələ, Xızı, Şəki (Kişçay), Kəlbəcər, Laçın, Qubadlıda 1 mm-dək qeydə alınır.

Sumqayıt, Şəmkir, Xızı, Qusar, Qrız, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 18-i səhərədək davam edəcəyi gözlənilir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan beş il ötür

Gəncə şəhərinin İkinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən beşinci dəfə raket hücumuna məruz qalmasından beş il ötür. 2020-ci...

Bağla