YAĞINTILI HAVA ŞƏRAİTİ GÜNÜN İKİNCİ YARISINADƏK DAVAM EDƏCƏK

0

Dekabrın 9-u saat 08:00-a olan məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında yağıntılı hava şəraiti davam edir.

Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib ki, düşən yağıntının miqdarı 24 mm-dək qeydə alınıb. Bu da aylıq normanın 81%-ni təşkil edir.

Onun sözlərinə görə, yağıntılı hava şəraitinin dekabrın 9-u günün ikinci yarısınadək davam edəcəyi gözlənilir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Fuat Oktay: Azərbaycanın işğaldan azad edilmiş ərazilərində möhtəşəm irəliləyişlər var

Ermənistanın o zamankı hakimiyyəti 1992-ci ildə Xocalıda törətdikləri qətliamı dünyaya tam tərsinə çatdırmağa cəhd edirdilər. Bunu "Report"un azad olunmuş bölgələrə...

Bağla