YAĞIŞ YAĞACAQ, DOLU DÜŞƏCƏK – XƏBƏRDARLIQ  

0

Azərbaycanda noyabrın 4-də havanın yağışlı keçəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, gün ərzində arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 9-13, gündüz 15-17 dərəcə isti olacaq. Atmosfer təzyiqi 772 mm civə sütunundan 769 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axşam qərb rayonlarında yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-11, gündüz 17-21, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında noyabrın 4-dən 5-i gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
CƏBRAYIL ŞƏHƏR MƏSCİDİNİN İLKİN LAYİHƏSİ MƏLUM OLUB

Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 28-də təməlini qoyduğu Cəbrayıl şəhər məscidinin ilkin layihəsi məlum olub. "Report"un məlumatına görə, məscidin ümumi...

Bağla